reklam
Paris bu gözəl qızı seyr edəcək -
Sportfm.az xəbər saytı

Paris bu gözəl qızı seyr edəcək -FOTO


İyulun 26-dan avqustun 11-dək Parisdə Yay Olimpiya Oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, Olimpiadada iştirak etmək hüququ qazanan idmançılardan biri də moldovalı kanoeçi Daniela Koçiudur. 24 yaşlı gözəl sərhəd polisinin əməkdaşıdır.

Koçiu artıq 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında çıxış edib. O, tərəfdaşı Mariya Olarasu ilə birlikdə 7-ci yeri tutub. 2023-cü ildə onlar Portuqaliyada kayak və kanoe üzrə 23 yaşadək gənclər arasında Avropa çempionatında qızıl medal qazandırıblar.

Müsahibələrinin birində Daniela uşaqlıqdan idmanı və aktiv həyat tərzini sevdiyini, həmçinin məktəbdə bütün yarışlarda həmişə birinci olduğunu söyləyib: "14 yaşımda kanoe sürməyə başladım, lakin 2016-cı ildə ilk beynəlxalq yarışımda iştirak etdikdən sonra bu idmana aşiq oldum".

Bu ilin mayında Daniela və Mariya Macarıstanın Seqed şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıblar. Moldova mətbuatında Leusenidəki keçid məntəqəsində ölkəyə qayıdarkən sərhədçilərin idmançıları gül-çiçəklə qarşıladığı xəbəri yayılıb.

Qeyd edək ki, Moldovanı Parisdə keçiriləcək Olimpiya Oyunlarında dövlət sərhəd polisinin dörd əməkdaşı təmsil edəcək. Daniela Koçiudan başqa, bunlar güləşçilər Anastasiya Nikita və Viktor Çiobanu, həmçinin çəkicatan Zalina Marqiyevadır.

Oxşar xəbərlər

Çin Olimpiya Oyunlarına 405 atletlə qatılacaq
Paris Olimpiadasının futbol turnirinin bütün iştirakçıları bilindi
Cokoviç Paris Olimpiadasında iştirak edəcək
Bakıda keçiriləcək dünya çempionatında 19 ölkə iştirak edəcək
Azərbaycan cüdoçularından böyük uğur - Avropada birinci oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər