reklam
İdmançımız Avropa birinciliyində 4-cü oldu
Sportfm.az xəbər saytı

İdmançımız Avropa birinciliyində 4-cü oldu


Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
Sportfm.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.

Bu gün onlardan daha biri – Turan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 67 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və 4-cü olub.

Turanın təkanla qaldırma hərəkətində hər 3 yanaşması uğursuz olub və idmançı yarışı nəticəsiz bitirib.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionu oldu
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Atletimiz Avropa üçüncüsü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər