FIDE Faiq Həsənovun yubileyini təbrik etdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 80 illik yubileyi barədə paylaşım edib.
Sportfm.az xəbər verir ki, FIDE rəsmi “Twitter” hesabından veteran şahmatçıya təbrik ünvanlayıb.
Təbrikdə bildirilir ki, F.Həsənov Azərbaycan şahmatının patriarxı kimi dünyanın ən güclü şahmat ölkələrindən birində bu oyunun inkişafına mühüm töhfə verib. O, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasının və Şəmkirdə Vüqar Həşimovun xatirəsinə təşkil olunmuş "ShamkirChess" turnirinin baş hakimi olub. F.Həsənov həmçinin AzTV-də yayımlanan həftəlik "Şahmat klubu" verilişinin aparıcısı kimi də tanınır: "40 ildir bu sahədə çalışan Faiq Həsənov həm də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi şahmat dünyasına xidmət etməkdə davam edir".
Oxşar xəbərlər
Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
Veteranlar arasında ölkə çempionatı başladı - 3000 manat mükafat
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
FİDE Bakıda yeniliklər barədə məlumat verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası