"Fikrimiz, amalımız premyer-liqaya geri dönməkdi" - Birinci Divizionda olan klubun baş məşqçisi
"Divizionda ən yaxşılardan biri, hətta birincisi olacağıq”
"Şüvəlan”ı Aqil Nəbiyevin çalışdıracağını xəbər vermişdik. Qarşıdakı mövsüm birinci divizionda çıxış edəcək komanda gənc məşqçiyə həvalə olundu. Qeyd edək ki, Nəbiyev ilk dəfə belə yükün altına girir. Daha öncə köməkçi və aşağı yaş qrupunda baş məşqçi kimi çalışsa da, birinci divizionda debüt edəcək. Dünən özü ilə əlaqə saxlayıb, təyinatı haqda danışdıq: "Açığı, təklif gözlənilməz oldu. Çünki "Şüvəlan”da qeyri-müəyyənlik idi. Bildiyiniz kimi, "Zirə”nin U-17 komandasını çalışdırırdım. Hardasa 4-5 gün öncə belə bir təklif gəldi. Danışdıq, qərar vermək üçün bir qədər düşündüm. Baxdım ki, perspektiv baxımından mənim üçün daha yaxşı olar. Şərtlər də məni razı saldı, klubun bazası, şəraiti də yüksək səviyyədədi. Hətta premyer-liqada o cür bazası olan bir-iki komanda olar. Yəqin ki, birinci divizionda heç bir komandanın elə şəraiti yoxdu. Təklif klubun vitse-prezidenti Fikrət Hüseynovdan gəldi. Razılaşdıq, bundan sonra "Şüvəlan”da fəaliyyət göstərəcəyik”.
Gənc çalışdırıcı gənclərdən ibarət komanda formalaşdıracaq: "Bilirsiz ki, birinci divizionda mövsüm gec başlayacaq. Demək olar, komandanı sıfırdan formalaşdıracağıq. İstər heyət, istərsə də inzibati işçilər müəyyənləşdirilməlidi. Komanda buraxılıb. İşçilərin əksəriyyəti istirahətdədi. Qarşıdakı günlərdə tanış olacağıq ki, kimlərin müqaviləsi var, kimlərin yoxdu. Yaxın bir-iki gün ərzində bu məsələlərə aydınlıq gətirəcəyik. Əsas işimiz odu ki, futbolçu yığmalıyıq. Fikrimiz gənc və perspektivli uşaqları cəlb etməkdi. İstəyirik ki, gələcəyin komandasını quraq. Təbii ki, premyer-liqaya yüksəlmək şərti ilə. Müqaviləsi olan, bizi qane edən futbolçular komandada qalacaq. Ancaq ilk növbədə gənclərə üstünlük verəcəyik”.
Aqil bəy özünü evinə qayıtmış kimi hiss edir: "Mən 7 il AZAL-ın formasını geymişəm. Bu komanda mənə doğmadı. "Şüvəlan”ı öz evim kimi hiss edirəm. Mənim üçün üstünlük odu ki, sanki evimə qayıdıram. Çalışacağıq ki, ən yaxşısını edək. Komandanın əvvəlki əzəmətini qaytarmaq üçün əlimizdən gələni etməliyik. Son 3 ili nəzərə almasaq, AZAL yarandığı gündən iddialı olub. İki dəfə avrokuboklarda çıxış etmişik. Son 3 ildə isə məlum səbəblər fonunda komandanın durumu hər kəsə bəlli idi. Hər çətinliyin ardınca bir yüksəliş olur. Bizim də əsas istəyimiz həmin komandanı geri qaytarmaqdı”.
Nəbiyev onu gözləyən çətinliklərdən qorxmadığını dilə gətirdi: "Əlbəttə, hər bir işin başında çətinliklər olur. Ancaq inanıram ki, biz bu çətinliklərin öhdəsindən gəlməyi bacaracağıq. Çünki bu peşəni, yolu tutmuşamsa, çalışıram ən yaxşısını edim. Neçə illərdi futbolun içindəyik, bu idman növünə bağlıyıq. Təkcə bu sahədə yox, istənilən işin başlanğıcı çətin olur. Rəhbərlik və biz birlikdə bu çətinliyin altından qalxmalıyıq. Əsas odu ki, düzgün iş aparaq, sağlam kollektiv formalaşdıraq. Ən böyük istəyim məhz budu. İş təcrübəsı yaşla gələn bir şeydi. Bu gün köməkçilərimi seçməkdə belə tələsmirəm. Fikrimdə olan adlar var. Lakin yekun qərarımı vermədiyimə görə açıqlamaq istəmirəm. Komandanı formalaşdırarkən ora sağlam insanlar yığmalıyıq. Bu işin öhdəsindən layiqincə gələcəyimizə inanıram”.
Gənc mütəxəssis "Şüvəlan”ın hədəfini də açıqladı: "İlk növbədə hədəfimiz sağlam kollektiv formalaşdırmaq, gənc və perspektivli uşaqları bir araya gətirməkdi. Daha sonra fikrimiz, amalımız premyer-liqaya geri dönməkdi. Belə bir şəraiti, bazası olan klubun elitada iştirak haqqıdı. Normal komanda formalaşdırıb premyer-liqaya qayıtmağa çlışacağıq. Düzdü, nəticə mənim üçün önəmlidi. Ancaq ilk növbədə sağlam komanda yaratmalıyıq”.
Nəbiyev maliyyə məsələsindən də söz saldı: "İnşallah, heç bir maliyyə problemi olmayacaq. Komanda birinci divizionda oynayacaq və burda böyük xərclər tələb olunmur. İnanıram ki, rəhbərlik bu baxımdan heç bir çətinlik yaratmayacaq. Çünki danışıqlar zamanı şərtimiz o olub ki, komandada maliyyə problemi olmasın. İnanıram ki, birinci divizionda bizim komanda ən yaxşılardan biri, hətta birincisi olacaq”.
FARİZ, Futbol+qəzeti
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |