Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mehman Babayev: “Tərlan Əhmədov sübut etdi ki”
Növbəti mövsümdən 1-ci Divizionda iştirakı rəsmiləşən "Binə”FK hazırlıqlarını davam etdirir. Baş məşqçi Mehman Babayev toplanış çərçivəsində keçirilən matçlarda komandanın durumu ilə daha yaxından tanış olmağa çalışır. "Qaradağ Lökbatan”a 2:1 hesabı ilə qalib gəldikləri hazırlıq oyunundan sonra mütəxəssis Sportfm.az saytının suallarını cavablandırıb.
- Oyun haqqında təəssüratlarınız nədir və komandanız 1-ci Divizionda iştirak etməyə nə qədər hazırdı?
- Matçdan razı qaldım. Futbolçular qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə çalışırdı. Ancaq komandamız divizionda iştiraka tam hazır deyil. Xeyli sayda yeni oyunçularımız var. Onların uyğunlaşması üçün vaxt lazımdır. Bu komanda "sıfırdan” yığılıb.Toplanışdan sonra oyunumuzun daha da yaxşılaşacağına inanıram.
- Yeni yaranan klubun hansı çətinlikləri var?
- Maliyyə ilə bağlı heç bir çətinliyimiz yoxdu. Bizə sistemimizi oturtmaq üçün sadəcə vaxt lazımdır. Oyunçuların bizim sistemə uyğunlaşması vacib amildir.
- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- İlk olaraq komandanı formalaşdırmaq və turnir cədvəlində 6-lıqda qərarlaşmaq. Bundan yaxşı nəticə əldə etsək, əla olar. Sərgilədiyimiz oyundan çox şey asılı olacaq. Yenə də deyirəm, maliyyəmiz hazırda elə də pis deyil. Komandanın iştirakından aslı olaraq maliyyə artırıla bilər. Tərlan Əhmədov sübut etdi ki, balaca büdcə ilə komanda saxlamaq olar. 150.000 manat divizion üçün elə də az məbləğ deyil. Mübariz və gənc kollektivlə çıxış edəcəyik.
- Klub aşağı yaş qrupları üzrə komandalarının təşkil edilməsi ilə bağlı işlər nə yerdədir?
- Aşağı yaş qrupları üzrə komandalarımızı formalaşdırmağı planlaşdırırıq. 10-12 yaşlı uşaqlarımızın turnirlərdə iştirakını təmin edəcəyik. Əsas komandanı formalaşdırdıqdan sonra məqsədimiz 6-7 yaşlı uşaqlar üçün seleksiya xarakterli məşqlər təşkil etməkdir. Bununla istedadlı uşaqları üzə çıxarmağa çalışacağıq. Bu yöndə işlər gedir.
Oxşar xəbərlər
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
"Qəbələ" I Divizionda oynamaqdan imtina etdi
"Fikrimiz, amalımız premyer-liqaya geri dönməkdi" - Birinci Divizionda olan klubun baş məşqçisi
"Zaqatala" Premyer Liqada olacaqmı? - klub prezidenti açıqladı
"Niyə başqalarından fərqli tovuzlular premyer-liqada oynamamalıdı?"- Klub prezidenti "od püskürdü"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası