reklam
Qızıl medal qazanan ilk azərbaycanlı qadın Bakıya gəldi
Sportfm.az xəbər saytı

Qızıl medal qazanan ilk azərbaycanlı qadın Bakıya gəldi


Yunanıstanın Rodos adasında təşkil edilən şahmat üzrə şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım Ülviyyə Fətəliyeva Vətənə dönüb.

Sportfm.az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Ülviyyə Fətəliyeva X turda Gürcüstan təmsilçisi Nina Batsiaşvili ilə heç-heçə edərək qitə çempionluğunu qazanıb.

Bu nəticədən sonra xallarını 8,5-ə çatdıran şahmatçımız rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

Oxşar xəbərlər

Onlar artıq Vətəndədir - FOTO
Dünya çempionu Hidayət Heydərov Vətənə döndü
Nazir Avropanı fəth edən şahmatçımızla görüşdü
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI
Mayamidə medallar qazanan cüdoçularımız Bakıya döndülər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər