Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
FİFA referimizin qardaşı dünyasını dəyişdi
Azərbaycanlı FİFA referisi Ömər Paşayevin ailəsinə ağır itki üz verib.
Sportfm.az xəbər verir ki, istedadlı referinin qardaşı avtomobil qəzasında dünyasını dəyişib.
Bu barədə "Futbol+" qəzetinə açıqlamasında ədalət təmsilçisi özü məlumat verib: "Heç vaxt unuda bilməyəcəyim hadisə ilə qarşılaşdım. Qardaşımı itirdim. Avtomobil qəzasında dünyasını dəyişdi. Orxan məndən 3 yaş kiçik idi, 26 yaşı vardı. Mən Minskdən qayıdandan, daha doğrusu, evə çatandan yarım saat əvvəl baş verib hadisə. Novxanı tərəfdə, Görədil yolunda qəzaya düşüb. Qardaş itkisi ilə barışmaq çətindi..."
Sportfm.az saytının kollektivi Ömər Paşayevin ailəsinə dərin hüznlə baş sağlığı verir və mərhuma Allahdan rəhmət diləyir.
Oxşar xəbərlər
Futbolçu qəzada dünyasını dəyişdi
Futbolçunun qardaşı dünyasını dəyişdi
"Neftçi"nin sabiq üzvü faciəvi şəkildə dünyasını dəyişdi - FOTO
Dünya çempionu faciəli şəkildə dünyasını dəyişdi
Kolumbiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası