reklam
Sportfm.az xəbər saytı

"Sus və İstanbuldakı yarışa hazırlaş" -Çamisoya çağırış


İtaliyalı idmançının rüşvət iddiası ilə bağlı İtaliya Cüdo, Güləş, Karate və MMA Federasiyası Ümumdünya Güləş Birliyinə rəsmi şikayət edib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq qurum bu şikayəti araşdıracaq.
Mümkün sanksiyalar üçün bu məsələnin diqqətlə və müstəqil şəkildə yoxlanılacağı və tərəflərin səsləndirdiyi fikirlərin araşdırılacağı bildirilib.
Yeri gəlmişkən, Olimpiadaya bu görüşlə lisenziya qazanmış Turan Bayramov da səssiz qalmayıb:
"Məğlubiyyəti qəbul etməyi də bacarmaq lazımdır. Boş və dəlilsiz ittiham sürmək Çamiso kimi tanınmış idmançıya yaraşmaz. Dəlilin varsa ortaya qoy. Yoxdursa sus və İstanbuldakı yarışa hazırlaş".

Oxşar xəbərlər

Güləş hakimlərimizin sayı artdı
Çamizonun boşboğazlığı özünə qaldı - Bayramov Parisə gedir
Güləşçilərimizdən Olimpiadaya daha 5 lisenziya
“Sevilya” ilə bağlı rüşvət iddiası
Olimpiadaya qazanılan lisenziyalar ləğv olunmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər