Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan boksçusu 1/8 finala yüksəldi -Avropa birinciliyi
Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Sportfm.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha bir idmançısı ilk görüşünü qələbə ilə başa vurub.
57 kq-da Məhəmmədli Aşırəliyev 1/16 finalda Françesko Krusillanı (İtaliya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
O, növbəti görüşünü aprelin 9-da irlandiyalı Martin Makdonaha qarşı keçirəcək.
Aşırəliyevdən fərqli, Məhəmmədəli Qasımzadə (60 kq) yarışla vidalaşıb. O, Cemmal Mohamed Ali Camelə (Fransa) 2:3 (28:29, 30:27, 29:28, 28:29, 27:30) hesabı ilə məğlub olub.
Qeyd edək ki, Avropa birinciliyinə aprelin 14-də yekun vurulacaq.

Oxşar xəbərlər
İki boksçumuz finala yüksəldi
Boksçumuz 1/4 finalda - Avropa birinciliyi
3 boksçumuz Avropa birinciliyində mərhələ adladı
Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazandı
Boksçumuz ermənini məğlub edib Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası