reklam
İnfantino yeni AFFA rəhbərliyinə uğurlar arzuladı
Sportfm.az xəbər saytı

İnfantino yeni AFFA rəhbərliyinə uğurlar arzuladı


AFFA-nın Hesabat-Seçki Konfransında FİFA prezidenti Canni İnfantinonun videoçıxışı nümayiş olunub.
Sportfm.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri Rövnəq Abdullayevə 16 il ərzində gördüyü işlərə görə minnətdarlıq edib:

“Əziz dostlar, azərbaycanlı futbol azarkeşləri. Çox sağ olun, hörmətli Rövnəq bəy. AFFA prezidenti kimi 16 il ərzində gördüyünüz işlərə görə sizə və komandanıza, o cümlədən də indi bizimlə çalışan Elxan Məmmədova təşəkkürümü çatdırmaq istəyirəm”.

İnfantino son illər Azərbaycan futbolunun tərəqqisinə şahidlik etdiyini bildirib:

“Siz bu 16 il ərzində Azərbaycan futboluna xeyli investisiya yatırdınız. Bu yaxınlarda FİFA seriyasından olan turnirə Avropada ilk dəfə siz ev sahibliyi etdiniz. Bu illər ərzində biz görüşlər zamanı Azərbaycan futbolunun inkişafı üçün nə edə biləcəyimizi müzakirə edirdik. 2021-ci ildə Bakıda keçirilən Avropa çempionatının İsveçrə – Türkiyə matçında bu tərəqqini gördüm. Azərbaycan hələ 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına uğurla ev sahibliyi etmişdi. Yeni AFFA rəhbərliyinə uğurlar arzulayıram”.

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi - Çempionluğa görə
Rövnəq Abdullayev İnfantino ilə görüşdü
FİFA Azərbaycan çempionunu təbrik edti

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər