reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" 11-ci dəfə Azərbaycan çempionu oldu


Ard-arda 3, ümumilikdə 11 dəfə Azərbaycan çempionu - “Qarabağ”!
Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.
Sportfm.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. 3-cü yerdəki "Neftçi" autsayder "Qəbələ"nin qonağı olub. Görüş "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" xallarının sayını 43-ə çatdırıb və 2-ci pilləyə yüksəlib.
Digər oyunda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz"lə qarşılaşıb. Ağdam təmsilçisi rəqibini məğlub edib. Bununla da "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirib. Komanda son 8 turun nəticəsindən asılı olmayaraq, tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.

Qeyd edək ki, 28-ci tura 30 və 31 mart tarixlərində keçiriləcək oyunlara yekun vurulacaq.

29 mart (cümə)

19:00. “Kəpəz” – “Qarabağ” - 1:6

Qollar: Julio Romao, 21 (0:1), Olavio Juninyo, 52 (0:2), 56 (0:3), Abbas Hüseynov, 64 (0:4), Elvin Cəfərquliyev, 69 (0:5), Redon Cica, 89 (0:6)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu

Oxşar xəbərlər

“Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
"Qəbələ" "Turan Tovuz""a, "Neftçi" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası
“Kəpəz” “Neftçi”yə, “Sabah” “Qəbələ”yə qarşı - Misli Premyer Liqası
"Kəpəz" "Qəbələ"yə qarşı - Misli Premyer Liqası
"Qarabağ" "Neftçi"ni məğlub etdi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər