reklam
Boksçularımız Bakıdakı turnirə qələbə ilə başladı
Sportfm.az xəbər saytı

Boksçularımız Bakıdakı turnirə qələbə ilə başladı


Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri start götürüb.
Sportfm.az xəbər verir ki, 11 ölkədən 121 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü qələbə qazanıb.

57 kq-da Şamil Əsgərov rusiyalı Dmitri Şipovskini 3:2 (28:29, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşəcək.

Ruslan Rüstəmov (63,5 kq) da yarışa qələbə ilə başlayıb. O, qazaxıtanlı Serik Temirjanova qalib gəlib – 3:2 (26:29, 28:27, 28:27, 28:27, 26:29). Boksçumuzun 1/4 finalda rəqibi İlya Popov (Rusiya) olacaq.

Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev də mərhələ adlayıb. +92 kq-da mübarizə aparan dünya çempionatının mükafatçısı 1/4 finalda komanda yoldaşı Yohannes Nuriyevə tam üstünlüklə qalib gəlib və ən azı bürünc medalı təmin edib. Abdullayev yarımfinalda özbəkistanlı Cahongir Zokirovla münasibətinə aydınlıq gətirəcək.

Boks Mərkəzində keçirilən yarışın ikinci gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.

Oxşar xəbərlər

Boksçularımız Bakıda keçirilən beynəlxalq turnirdə medal qazandı
Boksçularımız beynəlxalq turnirdə mərhələ adladı
Bakıda “Böyük İpək Yolu” turniri keçiriləcək
Daha 3 boksçumuz Avropa çempionatında qələbə qazandı
Boksçularımız Avropa kubokunun yarımfinalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər