Təmkin Xəlilzadə "Nəbi"nin çempionluğuna necə "töhfə" verib? - FAKTLAR
Futzal üzrə Azərbaycan Birinci Liqasında "Nəbi” FK-nın necə çempion olması haqqında müxtəlif şaiələr dolaşır. Əslində, mövsümün əvvəlində heç kimin şans vermədiyi komandanın, sonda qızıl medalları qazanması fonunda belə reaksiyaların olması başadüşüləndir. Əsas məsələ isə bu il Avroliqaya vəsiqə qazanan "Zirə”nin əsas heyət üzvlərindən olan Təmkin Xəlilzadənin guya ki, "Nəbi” komandasını ikinci dövrədə öz arxasınca aparmasıdır. Ancaq faktlar bu sözlərin yalan olduğunu üzə çıxarır. Əvvəlcə, onu qeyd etmək yerinə düşər ki, futbolçunun futzal çempionatında çıxış etməsi ilə bağlı heç bir qadağa yoxdur, bunu reqlament deyir. Azərbaycan futbolunun tarixində yetərincə belə nümunələr var(Rəcəb Fərəczadə, Zaur Ramazanov, Rəşad Sadıqov, siyahını uzatmaqda olar-red.) və olacaq. Həmçinin, bilməyənlər üçün bildirmək yerinə düşər ki, ölkədə uşaq futzal məktəbləri yoxdur, bu idman növündə olanların hamısı məhz futboldan gələnlərdir. Və faktlar – Təmkin Xəlilzadə "Nəbi” futzal klubunun heyətində cəmi bir matçda meydana çıxıb. Bunu protokollara baxdıqda aydın görmək olar. Təmkin 13-cü tur çərçivəsində "Standard”la görüşdə "Nəbi”nin şərəfini qoruyub. "Zirə”nin üzvü futzal üzrə Birinci Liqada heç bir kritik qola imza da atmayıb. Məlumatı olmayanlar üçün vurğulamaq yerinə düşər ki, həmin ərəfədə Xəlilzadənin "Zirə” ilə müqaviləsi başa çatmışdı. Klub rəhbərliyi isə gənc futbolçuya yeni müqavilə təklif etməmişdi. Yəni həmin vaxt Təmkin Xəlilzadə faktiki olaraq, azad agent statusu daşıyıb. "Nəbi” klubunun rəsmisi Tofiq Şahmuradov Sportfm.az saytına açıqlamasında heyət üzvlərinin maaş almadıqlarını, sadəcə qələbə üçün kiçik bir vəsait ödəndiyini bildirib. "Nəbi” komandasının çempionluq uğrunda əsas rəqibi olan "Baku Fire1”-lə görüşlərdə digər klubların stimullaşdırmasını Tofiq bəy belə izah etdi:”Bəli, biz bunu etmişik, dünya praktikasında belə bir şey var. Burada kritik heç bir şey yoxdur. Bunun səbəbi isə odur ki, bizim komandamız son turda meydana daha tez çıxmışdı. Əslində, belə olan təqdirdə bütün matçlar eyni vaxtda keçirilməlidir. Ancaq zal problemi olduğundan bu mümkün deyil”.
Sonda bir vurğulamaq yerinə düşər ki, əsasnaməyə görə, peşəkar statusu daşıyan futbolçunun futzal yarışlarında iştirakına qadağa qoyulmur.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |