reklam
Türk basketbolçunun atası həbs edildi
Sportfm.az xəbər saytı

Türk basketbolçunun atası həbs edildi


NBA-da çıxış edən tanınmış türk basketbolçusu Enes Kanterin atası Mehmet Kanter saxlanılıb.

Sportfm.az xəbər verir ki, ötən gün İstanbulda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 13 nəfər saxlanılıb.
 
Onların arasında NBA (Milli Basketbol Assosiasiyasi ) çempionatında "Oklahoma City" klubunda çıxış edən Enes Kanterin atası Mehmet Kanter də olub.
 
İstanbulda universitet professoru olan M.Kanter FETÖ təhqiqatı çərçivəsində 2016-ci ildə vəzifəsindən azad edilmiş, sonra isə oğlundan imtina etdiyini bəyan etmişdi.
 
Qeyd edək ki, FETÖ ilə əlaqələrinə görə Enes Kanterin şəxsiyyət vəsiqəsi Türkiyə tərəfindən ləğv edilib və o, İnterpol xətti ilə axtarışa verilib.

Oxşar xəbərlər

Türkiyəli futbolçu həbs olundu
Türk qapıçı həbs olundu
"Ölkəm yoxdu, Amerika vətəndaşı olmağa çalışıram" - ulduz idmançıdan açıqlama
"Qalatasaray"ın sabiq futbolçusu Türkiyədə həbs olundu
Hakan Şükürün atası həbs olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər