reklam
Sportfm.az xəbər saytı

"Vüqar Həşimov mükafatı" bizimkilərə qismət olmadı


Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub.
Sportfm.az xəbər verir ki, qaliblər Niderlandın Veyk-an-Zee şəhərindəki "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla elan olunub.

Vüqar Həşimov Şahmat Fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və "challenge"in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van Den Berq təqdim edib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və digərləri sahib çıxıblar.

Oxşar xəbərlər

Şahmatçılarımız xüsusi mükafata layiq görüldü - Avropa çempionatı
Qəbələdə superturnir olacaq
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
Dünyanın ən güclü şahmatçılarına Vüqar Həşimov mükafatı təqdim olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər