reklam
Sportfm.az xəbər saytı

"Bunlar indi-indi futzalın incəliklərini öyrənirlər” -İlqar Aslanov


Fevralın 1-də futzal üzrə Yüksək Liqada 3-cü dövrə start götürəcək.

Sportfm.az xəbər verir ki, bununla da 2 aya yaxın davam edən qış fasiləsinə yekun vurulacaq.

Hazırda əksər komandalar heyətlərini gücləndirməyə çalışırlar. Bəs 19 yaşadək futzalçılardan ibarət milli fasilədən necə istifadə edib? Suala baş məşqçi İlqar Aslanovun cavabı belə olub:

“Yanvarın 9-dan məşqlərə başlamışıq. Əlbəttə, hazırlığın əvvəlində fiziki ağırlıqlı çalışmalara üstünlük verəcəyik. Fasilədə həm məşq edəcəyik, həm də heyətimizi gücləndirəcəyik. Bizim komandaya düşmək üçün oyunçu yaş limitinə uyğun gəlməlidir. Üstəlik kütləvi dəyişiklik də gözlənilmir. Bizi qane edən olsa, 2-3 futzalçını komandamıza dəvət edəcəyik. Komandalara da tapşırmışıq ki, belə oyunçular olsa, bizə yönləndirsinlər. Məqsədimiz əsas milli üçün ehtiyat baza yaratmaq, A komandaya futzalçı yetişdirməkdir. Bu yaşda gənclərin “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire” kimi təcrübəli oyunçulardan qurulmuş kollektivlərə qarşı başabaş mübarizə aparması çox çətindir. Yaş fərqi böyükdür, bunlar indi-indi futzalın incəliklərini öyrənirlər”.

Oxşar xəbərlər

Mövsümün son oyunları keçirildi - Yüksək Liqa
İlkin Hacıyev: "Məqsədimiz uğurlu çıxışı davam etdirməkdir"
"Ruhdan düşmürük, işimizi davam etdiririk" - Millinin baş məşqçisi
Vitali Borisov: "Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var"
"Araz-Naxçıvan"da yeni məşqçi - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər