reklam
İlkin Hacıyev:
Sportfm.az xəbər saytı

İlkin Hacıyev:"Məqsədimiz uğurlu çıxışı davam etdirməkdir"


Qış fasiləsinə qədər keçirdiyi 10 oyundan 7-də qələbə qazanan və 2 matçda xalları yarı bölən “Neftçi” İK lider “Araz-Naxçıvan”ı məğlub edən hələlik yeganə komandadır.

Sportfm.az xəbər verir ki, paytaxt komandası yeganə yenilgini də liderdən birinci dövrədə alıb.

23 xalla fasiləyə ikinci pillədə yollanan “Neftçi” İK-nı zirvədən cəmi 2 xal ayırır. Bəs komanda qış fasiləsindən necə yararlanacaq? Heyətə yeni oyunçular dəvət olunacaqmı? Suallara komandanın məşqçisi İlkin Hacıyev federasiyanın rəsmi saytına açıqlamasında aydınlıq gətirib:

“Əvvələ “Neftçi” İK ailəsi olaraq futsal ictimaiyyətini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, hər kəsə sağlam can, işlərində uğurlar arzulayırıq. Planımız hazırdır. Yanvarın 4-5-də məşqlərimizi bərpa edəcəyik. Olimpik Starda hazırlaşacağıq. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik. Hazırda yoldaşlıq oyunları ilə bağlı konkret söz deyə bilməyəcəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq, çalışacağıq oyunlar da keçirək. Əlbəttə, məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir.

Heyətimizi qorumuşuq. Gücləndirməyə çalışacağıq. Hazırda bir futzalçı ilə danışıq aparırıq. Legionerdir, söhbətimiz alınsa, onunla anlaşacağıq”.

Oxşar xəbərlər

"Bunlar indi-indi futzalın incəliklərini öyrənirlər” - İlqar Aslanov
"Həftədə 4 dəfə zalda məşqlər keçirik" - Teymur Eyvazov
Vitali Borisov: "Çempionlar Liqasının oyunlarına qədər vaxtımız var"
Radik Əhmədov: “Hazırkı mövqeyimizi qorumağa çalışacağıq”
"Yasamal"ın baş məşqçisi: Futzala maraq artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər