reklam
Kral klubunun 180 milyonluq sevdası
Sportfm.az xəbər saytı

Kral klubunun 180 milyonluq sevdası


"Real Madrid" "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalandı almaq imkanlarını araşdırır.

Sportfm.azxəbər verir ki, Madrid klubu, komandanın PSJ-nin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalaya bilməyəcəyi təqdirdə Haaland variantını nəzərdən keçirir.

Mbappe "Real"a keçmək qərarını gecikdirsə, İspaniya təmsilçisi nəhayət diqqətini Haalada yönəldəcək.

Qeyd edək ki, daha əvvəl Haalandın Madrid klubuna keçməkdə maraqlı olduğu bildirilirdi.
Xatırladaq ki, Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

23 yaşlı norveçli bu mövsüm Premyer Liqada 15 oyun keçirib, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.

Futbolçunun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.

Oxşar xəbərlər

"Real" ulduzunun formasını satışı çıxarır - FOTO
Mbappe "Real"la neçə illik müqavilə imzalayıb?
Mbappe onları qəzəbləndirdi, Haalandı seçdilər
Transfer planında yeni strategiya
2023-cü ilin ən yaxşı futbolçuları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər