reklam
Mövsümün ilk yarısında ən çox qol vurulmuş oyunlar
Sportfm.az xəbər saytı

Mövsümün ilk yarısında ən çox qol vurulmuş oyunlar


2023/2024 mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş qarşılaşmalar məlum olub.
Sportfm.az xəbər verir ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.

Azərbaycan kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və 2-ci Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.

İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və 2-ci Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.

Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunlarının 1-i Premyer Liqa, 1-i Azərbaycan kuboku, 1-i 1-ci Liqa, 3-ü Əvəzedicilər Liqası, 8-i 2-ci Liqaya təsadüf edib.

8 və daha çox qolun vurulduğu oyunlar:

14.11.2023. 2L. Göygöl – Şəmkir 8:2

19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan 2:8

25.09.2023. 2L. Kür-Araz – Kürmük Qax 6:3

06.11.2023. 2L. Şahdağ Qusar – Dinamo 9:0

13.08.2023. ƏL. Araz-Naxçıvan – Qəbələ 2:6

11.09.2023. 2L. Qusar – Şəmkir 7:1

21.09.2023. 1L. Şamaxı – Araz Saatlı 8:0

01.10.2023. ƏL. Turan Tovuz – Neftçi 0:8

24.10.2023. 2L. Şəfa – Cəbrayıl 2:6

31.10.2023. 2L. Cəbrayıl – Ağdaş 5:3

04.11.2023. APL. Qarabağ – Kəpəz 7:1

27.11.2023. ƏL. Neftçi – Araz-Naxçıvan 8:0

05.12.2023. 2L. Kür-Araz – Lerik 7:2

15.12.2023. 2L. Lerik – Dinamo 4:4

APL – Azərbaycan Premyer Liqası, AK – Azərbaycan Kuboku, ƏL – Əvəzedicilər Liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa

Oxşar xəbərlər

“Zirə” - “Araz-Naxçıvan” matçında 5 qol vuruldu - Əvəzedicilər Liqası
Kubokda 1-ci təsnifat mərhələsinə yekun vurulacaq
Azərbaycan kubokunda 2023/2024 mövsümünün püşkü atıldı
"Şahdağ Qusar" və "Kür-Araz"dan qələbə - II Liqa
II Liqada 8-ci tur 3 oyunla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər