Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bruno da Ronaldonun yanına gedir
"Mançester Yunayted"in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanının Pro Liqasında davam etdirə bilər.
Sportfm.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi milli komanda yoldaşı Kriştiano Ronaldonun çıxış etdiyi "Ən-Nəsr"dan, eləcə də "Əl-İttihad"dan təklif alıb.
Portuqaliyalı təkliflərdən birini qəbul edərsə, müvafiq Səudiyyə klubu "Mançester Yunayted"lə danışıqlara başlayacaq.
Fernandeşin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Ötən mövsüm Fernandeş "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 48 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər
"Cim-bom"un yeni hədəfi - Viktor Lindelöf
“Qalatasaray” Eriksenlə razılığa gəldi
"Mançester Yunayted"in futbolçusu "Ayntraxt"da - RƏSMİ
Yayda transferlərə ən çox pul xərcləyən klublar - SİYAHI
“Mançester Yunayted”in futbolçusu qəza keçirdi – FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası