reklam
Milli komandamızda baş məşqçi -
Sportfm.az xəbər saytı

Milli komandamızda baş məşqçi -Təyinat


Akademik avarçəkmə üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yığma ukraynalı Vladimir Morozova tapşırılıb. 70 yaşlı mütəxəssis Azərbaycana gəlməzdən əvvəl Ukrayna millisinə rəhbərlik edib. Bazada yaradılan şəraitdən razılıq bildirən Morozov qısa müddətdə komandanın hazırlığından məmnun qalıb: “Bu il bizim üçün çox vacibdir. Çünki yazda Yay Olimpiya Oyunlarına təsnifat yarışları olacaq. Şəraitimiz möhtəşəmdir. Bazamız Avropanın ən yaxşılarındandır. Məşqlərimizin uğurlu keçməsinə mane olacaq heç nə yoxdur”.

Ukrayna idmançıları Vladimir Morozovun rəhbərliyi altında London-2012 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıblar.

Oxşar xəbərlər

20 ölkənin idmançıları Suqovuşana gəlir - Reqata
Avarçəkmə üzrə Azərbaycan birinciliyi başa çatdı
Azərbaycan və Türkiyə federasiyaları arasında memorandum imzalandı
XXXI Yay Olimpiya Oyunları başa çatdı
Azərbaycan yığmasında yeni məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər