Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yaşar Vahabzadə:"Baş məşqçi olmaq istəmirəm!"
U-23 yığmamız İslam Oyunlarının qalibi olub. Sportfm.az xəbər verir ki, Omanı 2-1 hesabı ilə məğlub etdiyimiz final matçından sonra keçirilən mətbuat konfransında baş məşqçi Yaşar Vahabzadə bunları deyib:"Bu Azərbaycan futbolunun böyük uğurudur. Final görüşü çox çətin keçdi. Meydanda olan hər bir futbolçu əlindən gələni etdi. Turnirdə çıxış edən yığmaların səviyyəsindən razı qaldım. Mən əsas millidə baş məşqçi olmaq istəmirəm. Mənə U-21 yığmasını həvalə ediblər, orada işimi davam etdirirəm".
Qeyd edək ki, İslam Oyunlarının bürünc medalını Kamerun millisini 2-0 hesabı ilə məğlub edən Əlcazair yığması qazanıb.
Oxşar xəbərlər
"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi - RƏSMİ
Yaşar Vahabzadə yenidən məşqçi kimi çalışacaq - özü də Gəncədə
"İslam Oyunlarına hazırlıq turniri kimi baxırdıq" - Rəqib baş məşqçi
Futbol yığmamız tarixində ilk dəfə finala vəsiqə qazandı
Yaşar Vahabzadə Azərbaycan yığmasının baş məşqçisi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası