reklam
“Səbail”in qış hazırlıq planı müəyyənləşdi
Sportfm.az xəbər saytı

“Səbail”in qış hazırlıq planı müəyyənləşdi


“Səbail” klubunun qış hazırlıq planı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, komanda 2023/2024 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq.

2024-cü il 5-17 yanvar tarixlərini əhatə edəcək təlim-məşq toplanışı zamanı “Səbail” “Miracle Resort” hotelində məskunlaşacaq. “Dənizçilər” Antalyada 2 yoxlama oyunu keçirəcəklər.

Baş məşqçi Şahin Diniyev Rumıniya Superliqası təmsilçisi “Universitatya Kluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) ilə görüşlərdə yetirmələrini sınayacaq.

Qeyd edək ki, “Səbail” Premyer Liqada 17 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

"Səbail" Rusiya klubuna məğlub oldu
“Səbail” bu gün növbəti oyununa çıxacaq - Yoxlama görüşü
“Səbail” bu gün ilk oyununa çıxır
“Səbail”in Rumıniya klubu ilə oyununun vaxt bilindi
“Səbail” ilk məşqini keçirdi - Hazırlıqlar başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər