Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bolqarıstanın gənclər və idman naziri ASAPES-də qonaq oldu
Azərbaycana rəsmi səfərə gəlmiş Bolqarıstanın gənclər və idman naziri Dimitar İliev işgüzar görüşləri çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) qonağı olub.
Sportfm.az xəbər verir ki, Akademiyanın rektoru Fuad Hacıyev qonağı ASAPES-in Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti və görülən işlər barədə məlumatlandırıb.
Konfrans zalında baş tutan rəsmi hissədə akademiyanın rektoru Fuad Hacıyev Bolqarıstan nümayəndə heyətinə ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib. Daha sonra akademiyanın ümumi fəaliyyətini əks etdirən film nümayiş etdirilib. Görüş qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsilə davam edib.
Daha sonra Bolqarıstanın gənclər və idman nazirinin müavini Daniela Daşeva akademiyanın akt zalında professor-müəllim, inzibati heyət, tələbə və qonaqlar üçün “Olimpiya hazırlığının müasir sistemləri” mövzusunda mühazirəsini təqdim edib.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Oxşar xəbərlər
AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
ADBTİA AMADA ilə əməkdaşlığa başladı
Şəhid məzunların adları auditoriyalara verildi - ADBTİA-da
Yeni güləş zalı istifadəyə verildi - FOTO
İdman jurnalistlərinə sertifikatlar təqdim olundu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası

Misli Premyer Liqası