Şəhid məzunların adları auditoriyalara verildi -ADBTİA-da
Tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yeni, 3 mərtəbəli tədris korpusu istifadəyə verilib.
Sportfm.az xəbər verir ki, nazir Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub.
Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.
Yeni tədris korpusunda auditoriyalara II Qarabağ müharibəsində ADBTİA-nın şəhid olmuş 13 məzununun adı verilib və ad-soyadları yazılan lövhələr auditoriyaların qapılarına vurulub.
Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər cür şərait yaradılıb. Rektor Fuad Hacıyev məlumat verib ki, Akademiyanın şəhid məzunlarının adlarına xüsusi təqaüdlər də təsis edilib. F.Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb.
Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib və təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Oxşar xəbərlər
Bolqarıstanın gənclər və idman naziri ASAPES-də qonaq oldu
ADBTİA tələbələrinə antidopinq bilikləri tədris ediləcək - AMADA
ADBTİA tələbələri yeni tədris korpusunda dərslərə başladı - FOTO
Yeni nazir Vüqar Həşimov Şahmat Akademiyası ilə tanış oldu - FOTO
Yeni güləş zalı istifadəyə verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası