Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Hamı məndən o qapıçı haqda soruşur" -Elman Sultanov
II Liqada qış fasiləsi dekabrın 15-də yaranacaq. Amma qış çempionu artıq məlumdu. Belə ki, "Baku Sportinq" fasiləyə son 1 tur qalmış 1-ci yeri özü üçün təmin etdi. Komandanın baş məşqçisi Elman Sultanov Sport24.az-a müsahibəsində həm geridə qalan dövrə boylandı, həm də qarşıdakı perspektivi dəyərləndirdi.
- Sona 1 tur qalmış artıq qış çempionu oldunuz. Bu nəticəni gözləyirdiniz? Ümumiyyətlə, keçilən yolun yarısına nəzər salsaq, nələri vurğulaya bilərsiniz?
- Qış çempionu olsaq da, bu il bir oyunumuz qalıb. İkinci dövrənin ilk turu çərçivəsində "Ağdaş"ı Binədə qəbul edəcəyik. Bununla da 10-15 günlük istirahətə yollanırıq. Sizə deyim ki, qış çempionu olmağı istəyirdik. Çalışırdıq ki, 1-ci yeri mövsümün ilk yarısından ələ keçirək. Amma fikirləşirdik ki, buna iddialı başqa komandalar da var. Misal üçün "Cəbrayıl", "Füzuli". Onlar neçə ildir Region Liqasından çıxış edirlər. Biz isə yeni yığılan komandayıq, ilk mövsümümüzdü. Elə seleksiya apardıq, elə məqsəd qoyduq ki, ancaq 1-ci yerə oynayaq.
- Belə qənaətə gəlmək olar ki, "Baku Sportinq"in uğurunun əsas sirri uğurlu seleksiyadadı? Çünki heyətinizdə hətta Premyer Liqada oynamış təcrübəli futbolçular var..
- Tam razıyam. Komandaya elə futbolçuları gətirdik ki, təcrübələri böyük olsun. Bilirsiniz ki, Röyal Nəcəfov, Qərib İbrahimov, Rəvan Kərimov bizdədi. Sonuncu minifutbolda ilin oyunçusu olub. Aqşin Paşayev vaxtilə "Turan Tovuz"da çıxış edib. Taleh Babayev "Səbail" çalışdırdığım vaxtda mənimlə birgə olub. Bir sözlə, elə futbolçuları götürdük ki, o mərhələni keçiblər - həm Premyer Liqanı, həm də I Liqanı görüblər. Ola bilər ki, indi bir az yaşlaşıblar. Amma bu saat normal məşq edirik, onlar da bu liqada normal çıxış edirlər.
- Belə futbolçuları komandanı gətirmək üçün ən vacib şərt maddiyyatdı. Bu baxımdan klubda vəziyyət necədi? Onlar üçün pul əsas rol oynadı, yoxsa Elman Sultanovun bir kəlməsi?
- Bilirsiniz, bir-birimizi çoxdandan tanıyırıq. Onlar I Divizionda çıxış edəndə, artıq məşqçi işləyirdim. Həmin vaxtdan münasibətimiz olub. Onlarla əlaqə saxlayıb yeni liqada yeni komandanı götürdüyümü dedim. Özü də necə götürmüşəm - heç nə yoxdu, bir kağız var, bir də Elman Sultanov (gülür). Həmişə belə olur da. Oturub söhbət elədik, razılıq verdilər ki, müqavilə bağlayıb bizim komandada çıxış etsinlər. Bax, belə oldu, başladıq işləməyə.
- Klubda maddi duruma görə də ən yaxşılardan olmalısınız...
- Bizdə də pis deyil. Çox xırdalığa varmaq istəmirəm. Açıq deyirəm kİ, başqa klublardakı maddi vəziyyəti də eşidirəm. Deyim ki, "Cəbrayıl", "Şahdağ Qusar", "Qusar", "Füzuli" da bu baxımdan pis deyil. Hərəsi çalışır ki, nəsə eləsin. Biz də çalışırıq futbolçulara elə şərait yaradaq ki, onlar razı qalsınlar. Konkret gəlib vaxtında öz maaşlarını alırlar, vəssalam! Razı qalırlar bizdən.
- Sizdə digər futbol növlərində də oynayanlar var. Onların gedişi problem yaratmır?- Belə deyim, biri var milli komandanın üzvüdü ki, onu minifutbola çağırırlar. Yaxud bizdə çimərlik futbol yığmanının üzvləri olan uşaqlar da var. Millidən dəvət gələndə onları buraxıram. Çünki bu, milli komandadı. Bilirsiniz, onlar bir yerdə getmirlər. Minifutbolun yarışı bir vaxtdı, çimərlik futbolunku başqa vaxt. Elə anlar da olur ki, hamımız bir yerdə oluruq. Bir sözlə, vəziyyətdən çıxırıq. - Məqsəd ancaq çempion olub I Liqaya yüksəlmək olar. Bu perspektivi necə görürsünüz?
- Bəli, məqsəd belədi. Hələ xeyli vaxtımız var. Çünki qış fasiləsi 2 ay çəkəcək. Çalışıb elə məşq etməliyik ki, yenə ilk oyunlardan uğurla başlayaq. Və ən əsası, artıq 7-8 turdan sonra çempion olacağımızı rəsmiləşdirək, deyək ki, 1-ci yer artıq bizimdi. Uşaqlar da onu istəyir ki, biz də onu. Tam olaraq konsentrasiya yalnız 1-ci yerədi.
- Yeni yaranan II Liqanın səviyyəsini necə dəyərləndirərdiniz?
- Doğru vurğulayırsınız ki, bu, liqamızda ilk mövsümdü və mənim özüm üçün də çox maraqlı gəlir. Bəziləri deyirlər ki, ay, camaat gəlmir, heç kim baxmır. Amma fikir verirəm sosial şəbəkələrə ki, hamı II Liqanı izləyir. Bir az əvvəl adını çəkdiyim 5 komanda bu dəqiqə rahat I Liqada oynaya bilər. - Qış fasiləsində "Baku Sportinq"də heyətlə bağlı hansı dəyişikliklər gözlənilir?
- Açıq deyirəm ki, bizdən heç kim getməyəcək. Yenə iclasımız olacaq, amma onu indi deyə bilərəm ki, hamı komandadan - məndən və rəhbərlikdən razıdı. Heç kim getmək istəmir. Sadəcə, 1-2 futbolçuyla danışıqlar aparırıq və onları cəlb etmək istəyirik. Sadəcə, hələ ki ad açıqlamaq istəmirəm. Hələ son matçımızı da keçirək, sonra hər şeyə aydınlıq gələcək. Onu deyirəm ki, biri hücumçu olacaq. Digəri də universal futbolçudu, yarımmüdafiədə hara qoysan, orda da rahat oynayır.
- Kubokda hələ ki ən maraqlı mübarizə "Kəpəz"lə dueliniz oldu. Hansında da ki, qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə də təyin olunmalı oldu və orda 2 qol buraxaraq uduzdunuz. Premyer Liqanın autsayderi ilə görüş səviyyə fərqi baxımından nəyi göstərdi?
- Fərq var - həm fiziki, həm də digər planda. Bəli, biz də pis oynamadıq. Lakin bilirdik ki, əlavə vaxt olsa, bizim üçün çox çətin olacaq.
- Həmin oyunda qapıçınız Cəfər Əlizadənin inamlı çıxışı futbol ictimaiyyətinin də diqqətini çəkdi. Onu hardan tapmısınız?
- Hamı məndən o qapıçı haqda soruşur (gülür). Cəfər mənimlə "Səbail"də işləyib, birlikdə Premyer Liqaya vəsiqə qazanmışıq. Həmin dövrdə Emil Balayevlə birgə məşq edirdi. Sonra "Səbail"in əvəzediricilərində işlədiyim vaxtda bizdə qapıda dayandı. Uşaq vaxtı futbola "Neftçi"də başlayıb, Araz Qulamovun rəhbərliyi altında çıxış edib. "Elit" layihəsində işlədiyim zamanı da mənimlə idi, onda da yaxşı idi. Onu da nəzərə alaq ki, yaxşı göstəriciləri var - hündürboydu, ayaqlarla pis oynamır. Sadəcə, həmin vaxt nədənsə onu yığmaya çağırmadılar. Sonra başqa komandalarda çıxış etdi və "Baku Sportinq"i götürdüyümdə yenidən onu yanıma çağırdım. Dedi kİ, Elman müəllim, problem yoxdu, gəlirəm, yenidən sizinlə birgə olacam.

Oxşar xəbərlər
"Baku Sportinq" Birinci Liqaya vəsiqə qazandı
“Peşəkar məşqçi belə söz deməməlidir” - Samir Əliyev
Elxan Abdullayev:"Heç vaxt uduzmağa görə peşman olmuram"
"Kəpəz"in qapıçısı: "Komandaya elə-belə gəlməmişəm"
Nizami Hacıyev:"Onlara futbol maraqlı deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi

Misli Premyer Liqası