Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı məşqçi Zaqreb "Dinamo"suna yollandı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyev Xorvatiyaya yollanıblar.
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislər Zaqreb "Dinamo"suyla əldə olunmuş razılığa əsasən, adıçəkilən klubun düşərgəsində olacaqlar.
Təcrübə qazanmaq məqsədi ilə mayın 20-dək baş tutacaq səfər AFFA-nın və Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilir.
Təcrübə məqsədi ilə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridi. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.
Hər 3 məşqçi Xorvatiyada olduğu 5 gün ərzində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilər 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Xorvatiyada keçirilən Avropa çempionatının final matçını da izləyəcəklər.
Oxşar xəbərlər
Rauf Əliyev "Qarabağ"da baş məşqçi təyin edildi
Azərbaycanlı məşqçi "El Klasiko"nu izlədi, "Kamp Nou"da şəkil çəkdirdi - FOTO
“Neftçi”də yeni məşqçilər - Təyinat
Akademiyanın məşqçiləri ilə görüş keçirilib
“Sumqayıt” Türkiyədən qayıtdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası