Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda ultramarafon keçiriləcək -İlk dəfə
Azərbaycanda ilk dəfə ultramarafon yarışı təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunan 100 km məsafəyə qaçış tədbiri noyabrın 24-də Dənizkənarı Milli Park ərazisində keçiriləcək.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutacaq ultramarafonda 50-yə yaxın iştirakçının mübarizə aparacağı gözlənilir. Ağ şəhər bulvarından Su İdman Sarayının arxa hissəsi istiqamətində 5 dairəni əhatə edəcək ultramarafonun mükafatlandırma mərasimi saat 16:30-da olacaq.
Start, finiş və mükafatlandırma mərasimi Azərbaycan Dövlət Kukla Teatrının arxa hissəsindəki ərazidə baş tutacaq. Mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələcək Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov da iştirak edəcək.

Oxşar xəbərlər
Çempionun mükafatlandırma vaxtı müəyyənləşdi - I Liqa
Kürü keçib Kür sahilində qalib oldular - FOTO
Atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
Qurbanov AAA-nın prezidenti ilə görüşdü - FOTO
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası