reklam
Türkiyə millisi Almaniyaya qarşı -
Sportfm.az xəbər saytı

Türkiyə millisi Almaniyaya qarşı -Yoxlama oyunu


Türkiyə millisi bu gün Almaniya yığması ilə yoxlama oyunu keçirəcək.
Sportfm.az xəbər verir ki, matç Berlindəki Olimpiya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Referi Bartoz Frankovskiyə yan xətt hakimləri kimi Markin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Musial yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə millisi son oyununda Latviyanı 4:0 hesabı ilə məğlub edib. Komanda artıq Avro-2024-ün final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Almaniya isə son görüşündə Meksika ilə 2:2 hesablı heç-heçə edib. Avro-2024-ün əsas mərhələsi Almaniyada keçiriləcəyi üçün bu ölkənin yığma komandası qitə çempionatına birbaşa vəsiqə qazanıb.

Yoxlama oyunu

23:45. Almaniya - Türkiyə

Baş hakim: Bartoz Frankovski

Berlin, Olimpiya stadionu

Oxşar xəbərlər

Türkiyə Niderlanda qarşı - AVRO-2024
Türkiyə Niderlanda qarşı - AVRO-2024
Türkiyənin oyununun hakimləri - AVRO-2024
Türkiyənin ilk oyununa hakim təyinatları - AVRO-2024
Türkiyə Almaniyaya qalib gəldi - Yoxlama oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər