reklam
Kerjakov Bakıdan danışdı
Sportfm.az xəbər saytı

Kerjakov Bakıdan danışdı


"Mən heç vaxt Bakıda olmamışam. Baxmayaraq ki, Mahaçqalada oynayanda ora maşınla getmək imkanım olub. Amma bundan istifadə etməmişəm. Xoşbəxtlikdən və ya təəssüf ki, bilmirəm".

Sportfm.az xəbər verir ki, bu sözləri "Zenit"in qapıçısı Mixail Kerjakov "Sport-ekspress" qəzetinə verdiyi müsahibədə bildirib.

Noyabrın 18-də Bakıda "Neftçi"yə qarşı keçiriləcək yoxlama oyunu ərəfəsində ölkəsinin mətbuatına danışan qapıçı bildirib ki, əgər vaxtları olsa Bakını gəzəcəklər: "Düşünürəm ki, çox vaxtımız olmayacaq".

Kerjakov bu ilin yayında beynəxalq turnirdə "Zenit"in "Neftçi"yə 3:1 hesabı ilə qalib gəldiyi oyunla bağlı da danışıb: "Həmin oyun çox da yadımda deyil. O zaman tribunada oturmuşdum. Kənardan görünən bu idi ki, ikinci hissədə “Neftçi” fiziki cəhətdən bir az geriləmişdi. Bakılıların da mövsümə hazırlıq dövrü idi. Görünür, onların fiziki hazırlığı heç də yüksək səviyyədə deyildi. Amma bu, normaldır. Bəzi taktiki məqamlar barədə isə heç nə deyə bilmərəm. Düzünü desəm, xatırlamıram".

Oxşar xəbərlər

"Neftçi" "Zenit"ə qalib gəldi
"Neftçi" "Zenit"ə qalib gəldi
“Zenit”in 2 futbolçusu “Neftçi” ilə matçı buraxacaq
"Zenit"də iki yeni müqavilə
"İndi bu nə idi?Bəs qanun harda qaldı?" - Kerjakov razı deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər