reklam
“Zenit”in 2 futbolçusu “Neftçi” ilə matçı buraxacaq
Sportfm.az xəbər saytı

“Zenit”in 2 futbolçusu “Neftçi” ilə matçı buraxacaq


“Zenit”in iki futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda iştirak etməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

O, kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən Bakıdakı qarşılaşmada iştirak etməyəcəyini deyib:

“Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur”.

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın “Neftçi” ilə matçda hücum xəttində oynaya biləcəyini bildirib.

Noyabrın 18-də keçiriləcək “Neftçi” – “Zenit” qarşılaşması saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər

“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq
"Neftçi" "Spartak"la qarşılaşacaq
“Neftçi” – “Zenit” oyununun biletləri satışda
“Jelezniçar”ın daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
Semak Sankt-Peterburqda qalmalı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər