reklam
“Qəbələ”nin kapitanı meydana çıxan ən yaşlı futbolçu oldu
Sportfm.az xəbər saytı

“Qəbələ”nin kapitanı meydana çıxan ən yaşlı futbolçu oldu


“Qəbələ”nin kapitanı Asif Məmmədov Misli Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxan ən yaşlı futbolçu olub.
Sportfm.az xəbər verir ki, yarımmüdafiəçi 13-cü turda “Zirə” ilə oyunda iştirak etməklə bu göstəriciyə imza atıb.

Qarşılaşmanın 83-cü dəqiqəsində Yaovi Akakponu əvəzləyən Asif Məmmədov cari mövsümdə ilk matçını keçirib. O, 37 yaş 98 günündə oynamaq şansı qazanıb.

“Qəbələ”nin kapitanına qədər mövsümün ən yaşlı futbolçusu “Kəpəz”in 35 yaşlı müdafiəçisi Vurğun Hüseynov idi. “Zirə”nin qapıçısı Anar Nəzirov və onun “Turan Tovuz”dakı həmkarı Kamal Bayramov bu mövsüm Peşəkar Futbol Liqasında qeydiyyatdan keçən ən yaşlı futbolçulardır. Lakin onlar hələ heç bir görüşdə iştirak etməyiblər.

“Zirə” – “Qəbələ” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb

Oxşar xəbərlər

Təcrübəli futbolçu Birinci Liqada çıxış edəcək
“Qəbələ” “Zirə” ilə matça itkilərlə çıxacaq
Bədavi “250”yə çatdı
"Qəbələ"nin üç futbolçusu meydana çıxmayacaq
"Zirə"dən iki rekord birdən!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər