Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Onlar heç ehtiyat oyunçular skamyasında otura bilməzdi!"
İtaliya yığmasının sabiq hücumçusu Antonio Kassano maraqlı açıqlaması ilə yadda qalıb.
Sportfm.az xəbər verir ki, yerli mətbuata "Milan"ın baş məşqçisi Vinçentso Montellanın işini dəyərləndirən 34 yaşlı futbolçu bunları deyib:"Onun işini yüksək qiymətləndirirəm. Montellanın ixtiyarında ulduz futbolçular yoxdur, mən "Milan"da oynadığım dövrdə onlar heç ehtiyat oyunçular skamyasında otura bilməzdi! Xeyli transfer təklifi almışam, Çindən çağırırlar, ancaq, əsl futbol Avropadadır".
Qeyd edək ki, Kassanonun son klubu "Sampdoriya" olub, futbolçu hazırda azad agent statusu daşıyır.
Oxşar xəbərlər
Musa ehtiyat oyunçular skamyasında - komandası uddu
19 yaşında "Milan"dan ayrıldı
Kassano xəstəxanaya yerləşdirildi - Hadisə
Qattuzonun "Milan"dakı taleyinə aydınlıq gəldi
İtalyan hücumçu özünə yeni klub tapdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası