Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kassano xəstəxanaya yerləşdirildi -Hadisə
İtaliya millisinin sabiq futbolçusu Antonio Kassanov xəstəxanaya yerləşdirilib.
Sportfm.az xəbər verir ki, buna bir müddət öncə koronavirusa yoluxmuş veteran hücumçunun vəziyyətinin ağırlaşması səbəb olub.
Daha əvvəl keçmiş oyunçunun həyat yoldaşı Karolina Marsialis ərinin Milad bayramı zamanı COVID-19-a yoluxduğunu və evdə özünü təcrid etdiyini təsdiqləyib. İddiaya görə, son bir neçə gündə Kassanonun vəziyyəti pisləşib. O, Genuyadakı San-Martino xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Antonio Kassanov futbolçu karyerası ərzində ölkəsinin "Roma", "Sampdoriya", "Milan" və "İnter" klublarında, həmçinin İspaniya "Real Madrid"ində çıxış edib.
Oxşar xəbərlər
Pele yenidən xəstəxanaya yerləşdirildi - Kimya terapiyası keçəcək
Millinin sabiq futbolçusu dünyasını dəyişdi - Qəzada
Ronaldo xəstəxanaya yerləşdirildi
Məşhur futbolçu xəstəxanaya yerləşdirildi - VİDEO
Berluskoni xəstəxanaya yerləşdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası