
"Qarabağ" "Sumqayıt"la 43 dəfə qarşılaşıb - STATİSTİKA
Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda üz-üzə gələcək "Qarabağ" və "Sumqayıt" indiyədək ölkə çempionatlarında 43 dəfə qarşılaşıblar.
Sportfm.az xəbər verir ki, bunlardan 32-də Ağdam klubu, 6-da "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb, 5 qarşılaşma heç-heçə yekunlaşıb.
Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 103:21. Qonalqar bu rəqibə qarşı Premyer Liqadakı son 9 görüşün hamısında qapılarında qol görüblər. Ölkə çempionunun son üç ev oyununda 3 və ya da çox qol qeydə alınıb.
"Sumqayıt" "Qarabağ"ı səfərdə yalnız iki dəfə məğlub etməyə nail olub. Bunlardan ilki 2011-ci il noyabrın 5-nə, digəri isə ötən mövsüm mayın 22-nə təsadüf edib. Hər iki görüşdə "kimyaçılar" 2:1 hesablı qələbəyə seviniblər. Ağdamlılar ev matçlarının 19-da qalib gəliblər və yalnız birində sülhə razılaşıblar.
Qeyd edək ki, sentyabrın 29-da "Azersun Arena"da oynanılacaq "Qarabağ" - "Sumqayıt" matçı saat 20:00-da start götürəcək.

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |