Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Daha 3 güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Turnirdə son olaraq Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar. 63 kq çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibi hələlik bəlli deyil.
Digər iki güləşçi həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kq) isə təsnifatında Viorel Burduya (Rumıniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, ötən gün digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar. Sənan Süleymanov (77 kq) isə gümüş medal qazanmaqla yanaşı, olimpiadaya lisenziya əldə edib.

Oxşar xəbərlər
5 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Daha üç güləşçimiz mübarizəyə qoşulur - Dünya çempionatı
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycan yunan-Roma güləşçilərinin rəqibləri bilindi - Dünya çempionatı
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin