reklam
Ayaz Quliyev Azərbaycan pasportu aldı
Sportfm.az xəbər saytı

Ayaz Quliyev Azərbaycan pasportu aldı


"Sabah"ın yeni transferi, rusiyalı futbolçu Ayaz Quliyev Azərbaycan pasportu alıb.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib. O, 26 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində çıxış edə bilməsi üçün hazırda FİFA-dan lazımı sənədlərin təsdiqini gözlədiklərini deyib:
"Ayaz Quliyev artıq pasport alıb. İndi FİFA-nın müvafiq sənədlər gəlməlidir ki, millidə çıxış edə bilsin. Bundan sonra hər şey artıq baş məşqçinin seçiminə qalacaq. Yəni, futbolçu formada, yaxşı vəziyyətdə olarsa. baş məşqçi yığmaya çağıra bilər".

Qeyd edək ki, A.Quliyev müxtəlif illərdə Rusiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində oynayıb. O, avqustun 28-də "Sabah"la 3 illik müqavilə imzalayıb

Oxşar xəbərlər

"Ayaz Quliyev özü "Sabah"a keçmək istəyirdi" - Murad Musayev
"Sabah" daha bir futbolçu aldı
Ayaz Quliyev Azərbaycanın klublarından təklif aldı
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Ayaz Quliyev baş məşqçisi erməni olan klubda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər