reklam
İslam Oyunları start götürdü - Yığmamız Kamerunla üz-üzə
Sportfm.az xəbər saytı

İslam Oyunları start götürdü - Yığmamız Kamerunla üz-üzə


Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir.

Sportfm.az xəbər verir ki, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib - Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

GÜNÜN TƏQVİMİ:

10:30 - 12:30Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş)
12:30 - 14:30Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)
16:30 - 18:30Qrup oyunu B2 (Fələstin - Oman)
18:30 - 20:30Qrup oyunu A2 (Azərbaycan - Kamerun)
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Oxşar xəbərlər

Bakı-2017: Azərbaycan həndbolçuları qrup lideri kimi yarımfinala yüksəldi
Bakı-2017: Özbəkistan Kamerunla da bacara bilmədi
Bakı-2017: Türkiyə yığması yenə məğlub oldu
Bakı-2017: Voleybol yarışlarına start verilir - OYUN CƏDVƏLİ
Bakı-2017: Mərakeş qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər