Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın bu idman növü üzrə millisi də var...
Polo üzrə Azərbaycan milli yığması son qitə çempionu ilə bir qrupda yer alıb.
Sportfm.az xəbər verir ki, sentyabr ayının 3-də Almaniyanın Düsseldorf şəhərində polo üzrə 14-cü Avropa Çempionatı iki qrupda start götürəcək.
Hər iki qrupun tərkibi və qrup daxilində ilk oyunlar artıq məlumdur. Çempionatın ilk gününün 2-ci oyununda çıxış edəcək milli komandamız son Avropa Çempionu İtaliya, İspaniya və İsveçrə ilə bir qrupda (zona A qrupu) mübarizə aparacaq.
Digər qrupda isə (zona B qrupu) İngiltərə, Avstriya, Hollandiya və Almaniya milli komandaları güclərini sınayacaqlar.
3 sentyabr 2023-cü il tarixində yerli vaxtla saat 14:15-də keçiriləcək Azərbaycan-İspaniya oyunu ilə milli komandamız çempionata start verəcək.
Qrup daxilində bütün komandalara qarşı keçiriləcək ümumilikdə üç oyundan sonra ilk iki yerə yüksələn komandalar 9 sentyabr tarixində keçiriləcək yarımfinal oyunlarına vəsiqə əldə edəcəklər.
Çempionatın final oyunu isə 10 sentyabr tarixində Düsseldorf Polo Klubunun əsas yarış meydançasında təşkil olunacaq.

Oxşar xəbərlər
AÇ-2024 təqvimi
"Qalatasaray" "Kopenhagen"ə qarşı - Çempionlar Liqası
Azərbaycan millisi İtaliyada Avropa çempionatında iştirak edəcək
Millimiz dünya çempionatının finalında
Gənc cüdoçularımız Avropa çempionatına doğru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası

Misli Premyer Liqası