reklam
Millimiz dünya çempionatının finalında
Sportfm.az xəbər saytı

Millimiz dünya çempionatının finalında


Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi başlanır. 24 milli komandanın iştirak etdiyi turnirdə ilk dəfə Azərbaycan futzalçıları da var. Sportfm.az xəbər verir ki, final turnirinin rəsmi açılış mərasimi sentyabrın 10-da Kolumbiya - Portuqaliya görüşündən öncə olacaq. Tədbir 18 minlik "Kalizeo El Pueblo" arenasında təşkil ediləcək. Oyunlar Kolumbiyanın Kali, Bukaramanqa və Medelyin şəhərlərində keçiriləcək.

"F" qrupunda yarışacaq millimizin rəqibləri İspaniya, İran və Mərakeş futzalçılarıdır. Komandamız ilk oyunu sentyabrın 12-də Mərakeş idmançılarına qarşı keçirəcək. Futzalçılarımız sentyabrın 15-də ikinci tur çərçivəsində İspaniya, sentyabrın 18-də sonuncu - 3-cü turda İran millisi ilə üz-üzə gələcək.

12 sentyabr
I tur
Mərakeş - Azərbaycan
15 sentyabr

II tur
Azərbaycan - İspaniya
18 sentyabr

III tur
Azərbaycan - İran

Dairəvi sistemlə birdövrəlik mübarizənin yekununda qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yüksək nəticə göstərmiş 4 ən yaxşı qrup üçüncüsü də onlara qoşulacaq və beləliklə 16 millinin iştirakı ilə 1/8 final oyunları keçiriləcək. Bu mərhələnin oyunları sentyabrın 20-21-i və 22-nə təyin olunub. Sentyabrın 24-25-də 1/4, 27-28-də yarımfinal görüşləri olacaq. Dünya çempionu isə oktyabrın 1-nə təyin olunmuş final matçında müəyyənləşəcək.

Oxşar xəbərlər

Cüdo üzrə dünya çempionatının təqvimi dəqiqləşdi
Yeni dünya çempionu hansı komanda olacaq?
Millimiz İspaniya yığması ilə qarşılaşacaq
Millimiz dünya çempionatına qələbə ilə başlayıb - VİDEO
Elnur Qəmbərov:”Şanslarımız sıfıra bərabərdir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər