Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” və “Olimpiya”nın son məşqinin vaxtı məlum oldu
“Qarabağ”ın və Sloveniyanın “Olimpiya” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin vaxtı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.
Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
Qonaq komandanın açıq məşqi isə 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyada gerçəkləşən ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.

Oxşar xəbərlər
Qurbanovun mətbuat konfransının vaxtı bilindi - Çempionlar Liqası
“Qarabağ” – “Linkoln” matçından öncə açıq məşqlərin vaxtı açıqlandı
Qurban Qurbanovla Artur Jorjenin mətbuat konfranslarının vaxtı bilindi
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı - Avropa Liqası
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası