reklam
Bellinqem Ronaldonun uğurunu təkrarladı
Sportfm.az xəbər saytı

Bellinqem Ronaldonun uğurunu təkrarladı


"Real"ın futbolçusu Cud Bellinqem klubun keçmiş oyunçusu Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.
Sportfm.az xəbər verir ki, o, buna La Liqanın 2-ci turunun "Almeriya" ilə matçında (3:1).nail olub. Madrid klubunun yarımmüdafiəçisi görüşdə iki qol vurub və 1 məhsuldar ötürmə edib. Keçən həftəsonu o, "Atletik"ə də (2:0) qol vurmağı bacarıb.

Beləliklə, ingiltərəli futbolçu Kriştiano Ronaldodan sonra ilk 2 La Liqa matçında "Real" üçün qol vuran ilk oyunçu oldu .

Portuqaliyalı forvard bu uğuru 2009-cu ildə qazanıb.

20 yaşlı Bellinqhem bu yay "Borussiya Dortmund"dan "Real Madrid"ə keçib. Yarımmüdafiəçinin transfer qiyməti 103 milyon avro olub.Bellinqhemin Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Xatırladaq ki, ötən mövsümün sonunda “Borussiya” Bundesliqa turnir cədvəlini ikinci yerdə başa vurmuşdu.

Oxşar xəbərlər

Bruno da Ronaldonun yanına gedir
Mbappe "Real"la neçə illik müqavilə imzalayıb?
Avropanın ən yaxşı gənc oyunçusu - Bellinqem
Bundesliqa tarixində rekord
Ronaldo "ünvanını" dəyişirmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər