reklam
Kəpəz”, “Turan” və “Qarabağ” ilk üçlükdə, “Neftçi”dən üç dəfə
Sportfm.az xəbər saytı

Kəpəz”, “Turan” və “Qarabağ” ilk üçlükdə, “Neftçi”dən üç dəfə


Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə imza atıb.

Sportfm.az xəbər verir ki, yarışın mütləq rekorduna isə 1997-98-ci illərdə “Kəpəz” imza atıb. Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.

Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb. 

Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları:

1. “Kəpəz” (22.11.1997-19.09.1998) - 20

2. “Turan” (06.03.1994-18.09.1994) - 16

3. “Qarabağ” (15.03.2019-06.10.2019) - 15

4. “Şəmkir” (08.03.2001-22.09.2001) - 14

5-6. “Neftçi” (27.09.2003-11.09.2004) - 13

 “Xəzər Lənkəran” (27.04.2007-30.09.2007) - 13

7-9. “Neftçi” (08.05.1992-26.06.1992) - 12

“Neftçi” (05.07.1992-15.09.1992) - 12

“Xəzər” S (10.05.1992-10.07.1992) - 12.

Oxşar xəbərlər

Tarixdə 8-ci, “Qarabağ”dan 2-ci
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
"Neftçi" qış çempionu oldu - 9-cu dəfə
Qarşısıalınmaz “Turan”
“Kəpəz”lə “Neftçi”nin rekordu qırılmadı - Tarixin 3-cüsü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər