Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sabah” çətin durumda - UEFA-ya müraciət etdilər
“Sabah” klubu Latviyada RFS komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılması üçün UEFA-ya müraciət edib.
Sportfm.az xəbər verir ki, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko “sportacentrs.com” saytına açıqlamasında deyib.
O, bildirib ki, Avropa futbol qurumu hazırda bu məsələyə baxır:
“Biz UEFA rəhbərliyi ilə daim əlaqədəyik. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFS ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda “top” onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır”.
“Sabah”ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.

Oxşar xəbərlər
TFF UEFA-ya müraciət etdi - Oyunlar "Beşiktaş"ın stadionunda keçiriləcək
“Sabah” – “Partizan” matçına satılan bilet sayı - 5000
"Neftçi" və "Sabah" Azərbaycanın xalını artırdı - UEFA reytinqi
"Sabah" RFŞ-lə oyunlar üçün iştirak ərizəsi göndərdi - Konfrans Liqası
“Sabah”ın rəqibi Latviya klubu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası