Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mutu yeni "Neftçi" görəcəyimizə söz verdi
“Neftçi”nin baş məşqçisi Adrian Mutu jurnalistlərə açıqlama verib.
Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Neftçi”nin baş məşqçisi olmağın böyük məsuliyyət olduğunu bildirib:
“Neftçi”nin baş məşqçisi olmaq mənim üçün böyük məsuliyyətdir. Rəqibdən asılı olmayaraq öz oyunumuzu nümayiş etdirməliyik. Balanslaşmış komanda yaratmaq və oyunçular arasında rəqabəti təmin etmək lazımdır. Bu proses uzunmüddətlidir. Komanda hazırda balanslaşmış deyil”.
“Neftçi”yə yeni futbolçuların cəlb olunacağını deyən Mutu qeyd edib ki, görüləcək işlərdə öz enerjisini yüz faiz səfərbər edəcək:
“Son 10 gün ərzində oyunçularla aparılan görüş zamanı əmin oldum ki, onlar da mənimlə birlikdə çalışmaq istəyirlər. Futbolçular yeni formada təlimlərə, məşqlərə hazırdırlar. Tezliklə yeni “Neftçi”ni müşahidə edəcəksiz. Azarkeşlərin bizdən gözləntiləri böyükdür. Biz də onların tələblərini qarşılayacağımıza ümid edirik”.

Oxşar xəbərlər
Mutu yeni klubunda - RƏSMİ
Mutu və Matias jurnalistlərlə görüşəcək - “Beşiktaş”la matçdan öncə
“Neftçi”nin baş məşqçisinin mətbuat konfransının vaxtı bilindi
Mutu Premyer Liqada çempion olmaq və kuboku qazanmaq istəyir - Açıqlama
“Neftçi” yeni baş məşqçisi – RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası