Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda baş tutacaq avrokubok oyunlarına təyinat açıqlandı
"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçirəcəkləri oyunların təyinatları bəlli olub.
Sportfm.az xəbər verir ki, "ağ-qaralar"ın matçını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Balaj Berkeyə həmyerliləri Balaj Buzaş və Balaj Sert laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.
Bakının digər klubu "Sabah"ın qarşılaşmasını isə isveçrəli Fedayi San idarə edəcək. Yonas Enri və Yan Kebeli yan xətt hakimləri, Sandro Şerer dördüncü hakim olacaq.
Qeyd edək ki, "Neftçi" bu raundda "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün (ilk oyun 2:2) qalibi ilə üz-üzə gələcək. "Sabah" isə "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) duelinin (ilk oyun - 0:1) güclüsü ilə qarşılaşacaq. Hər iki komandanın ilk görüşü səfərdə olacaq.

Oxşar xəbərlər
"Sabah" - "Makkabi" matçını o idarə edəcək - FOTO
“Neftçi” – “Zenit” matçını idarə edəcək hakimlər
“Neftçi”nin oyununu estoniyalı hakimlər idarə edəcək - Konfrans Liqası
“Neftçi”, “Sabah” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası
Yığmamız İrlandiyaya qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası