reklam
48-ci dəfə ölkə çempionu oldular!
Sportfm.az xəbər saytı

48-ci dəfə ölkə çempionu oldular!


Şotlandiya çempionu müəyyənləşib. "Seltik” qızıl medalları XXX turda təmin edib.
Sportfm.az xəbər verir ki, "Harts” üzərində 5:0 hesablı qələbə qazanan Qlazqo təmsilçisi xal hesabını 86-ya çatdırıb. Brendan Rocersin yetirmələri finişə 8 tur qalmış çempionluğu təmin edib. Belə ki, "zolaqlılar” 2-ci olan "Aberdin”dən 25 xal öndədi. 30 oyunda 28 qələbə qazanan "Seltik” cəmi 2 heç-heçə edib.
Bununla, "Seltik” 48-ci dəfə ölkə çempionu olaraq Çempionlar Liqasında iştirak hüququ da qazanıb. Şotlandiya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Azərbaycan çempionuna potensial rəqib olub. "Zolaqlılar” bu yarışa təmsilçimiz kimi II təsnifat mərhələsindən başlayacaq.

Oxşar xəbərlər

52-ci dəfə ölkə çempionu oldular
Əzəli rəqibini darmadağın edib çempion oldu
Çempionlar Liqasının daha bir iştirakçısı məlum oldu
"Zirə"nin səsi Avropadan gələcək
Ardıcıl 3-cü çempionluq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər