reklam
17 cüdoçumuz Avropa çempionatında yarışacaq
Sportfm.az xəbər saytı

17 cüdoçumuz Avropa çempionatında yarışacaq


İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Sportfm.az xəbər verir ki, milli komanda yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.
Kişilərdən ibarət yığmada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaq.
Qızlardan isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 25-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti məlum oldu
Millimizin heyəti açıqlandı - Avropa çempionatı
Cüdoçumuz Avropa çempionu oldu
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Avropa Kuboku üçün heyət bəllidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər