reklam
Cüdoçumuz Avropa çempionu oldu
Sportfm.az xəbər saytı

Cüdoçumuz Avropa çempionu oldu


Azərbaycanın yeniyetmə cüdoçusu Ramazan Əhmədov Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 90 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada türkiyəli İbrahim Tataroğlu ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən Əhmədov qitə çempionu olub.

Bu gün tatami üzərinə çıxan digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev (81 kq) isə yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yeniyetmə cüdoçularından Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (52 kq), Məhəmməd Məmişov (50 kq), Mirxaliq İskəndərov (55 kq) və Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) Avropa çempionu olub, Əhməd Rüstəmov (55 kq) və Mehdi Cəfərov (66 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Cüdoçumuz dünya çempionu oldu - TARİX YAZDI
Cüdoçumuz Avropa çempionu oldu - UĞUR
Beş cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
17 cüdoçumuz Avropa çempionatında yarışacaq
Cüdoçularımızdan 1 qızıl, 1 bürünc medal - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər