

Avropa Kuboku üçün heyət bəllidir
Avropa Cüdo Birliyinin təqviminə görə 8-9 apreldə Çexiyanın Teplis şəhərində yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnirdə 39 ölkədən 948 idmançı iştirak edəcək. Azərbaycan yarışda 14 çəki dərəsində 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
İdmançılarımız 10-11 aprel tarixlərində Teplisdə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qızlar
-40 kq.
Xədicə Abdullayeva
-44 kq.
Məryəm Bayramzadə
-48 kq.
Vüsalə Hacıyeva
Fəridə Mirzəyeva
-52 kq.
Xədicə Qədəşova
Aytən Verdiyeva
-57 kq.
Fidan Qasımova
-63 kq.
Kamilla Toholiyeva
Oğlanlar
-50 kq.
Rəsul Əliyev
-55 kq.
Mirxaliq İskəndərov
Fərid Qarayev
Həsən Həsənli
Ayxan Mirzəzadə
-60 kq.
Xanəhməd Şərifov
Məhəmməd Musayev
-66 kq.
Murad Allahverdiyev
Mehdi Cəfərov
Səid Şərifov
Emil Hüseynzadə
Əbil Yusubov
-73 kq.
Süleyman Şükürov
Mehdi Abbasov
Allahverdi Səmədov
-81 kq.
Aslan Kotsoyev
Əli Qazıməmmədov
Hüseyn Eyvazlı
-90 kq.
Tuncay Şamil
+90 kq.
Ramazan Əhmədov
Oxşar xəbərlər
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək
17 cüdoçumuz Avropa çempionatında yarışacaq
Avropa Kuboku üçün heyət məlum oldu
Millimizin heyəti açıqlandı - Avropa Kuboku
Yeniyetmə cüdoçularımız mübarizəyə başlayır - Avropa Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"Mingəçevir" 4-cü qələbəsini qazandı